SON XƏBƏR

Tahir Mirkişili: Azərbaycan Dünya İqtisadi Forumunda iştiraka öz iqtisadi maraqlarının qorunması imkanı kimi baxır

Yanvar 18
13:36 2017
«Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştiraki ilə dünyanın vacib problemlərinin müzakirə olunduğu vacib platformadır. Bu il "Məsuliyyətli liderlik” lozunqu altında Davosda keçirilən Dünya İqtisadi Forumunda müasirliyin əsas məsələləri, iqtisadi inkişafın perspektivləri, sabitlik və sülhün möhkəmlənməsi kimi cari məsələlərin müzakirəsi planlaşdırlır». Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, Forumda dünyanın  90 ölkəsindən 2500-dən çox iştirakçı iştirak edir. Onun sözlərinə görə, dünyanın aparıcı liderləri, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada bir araya gəlirlər.
 
Deputat qeyd edib ki, Dünya İqtisadi Forumun 700-dən çox ekspertdən ibarət ciddi iqtisadi tədqiqat qrupu var. Bu qrup hər il dünyada iqtisadi inkişafa təhlükə yaradan riskləri ciddi araşdırırlar. Davos forumu yeganə forumdur ki, həm siyasi liderləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini biraraya toplamaq imkanına malikdir. Məhz bu baxımdan Davos forumu müxtəlif müzakirələr, ayrı-ayrı ölkələrdən xarici investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından vacib bir platformadır.
 
«Azərbaycan da Davos Forumunda iştirak etməkdə maraqlıdır. 1995-ci ildən başlayaraq Azərbaycan bu forumda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu il də Azərbaycan forumda ölkə Prezidenti səviyyəsində təmsil olunur. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanı ilə təltif olundu. Azərbaycan Dünya İqtisadi Forumunda iştiraka ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünya ölkələrinə çatdırmaqla ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq və Azərbaycanın digər bazarlarda iqtisadi maraqlarnın qorunması imkanı kimi baxır. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkandan da Azərbaycan Prezidenti öz görüşləri və çıxışları ilə istifadə edir. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın tam şəffaf və strateji baxışlarının ortaya qoyulması, sabitlik və inkişafın proqnozlaşdırılması forumda Azərbaycana marağı daha da artıracaq»- deyə, T.Mirkişili qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook