SON XƏBƏR

Şuşa Dövlət Musiqili Dram Teatrında "Arzular bağı" (FOTO)

Yanvar 20
16:47 2020
Yanvar ayının 27-də Şuşa Dövlət Musiqili Dram Teatrında "Arzular bağı" tragikomediyası nümayiş olunacaq. 
 
Qaynarinfo xəbər verir ki, tamaşa psixiatrik mərkəzdən qaçmış iki psixoloji problemli şəxsin öz arzularını, xəyallarını reallaşdırmasından bəhs edir.
 
Əsərin müəllifi Pərviz Bəşərdüst, rejissoru İmam Həsənov, bəstəkarı Ayaz Qəmbərlidir. Tamaşanı əməkdar artist İlqar Cahangirov və aktyor Rauf Şahsuvarov ifa edəcək. 
 
Tamaşaya bileti şəhərin bütün kassalarından, iTicket.AZ onlayn bilet satış portalından, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərindən, Asan Xidmət Mərkəzlərindən əldə etmək mümkündür. Biletin qiyməti 10-20 manat arası dəyişir. 
 
Qeyd edək ki, "Arzular bağı" tamaşası "Laçın teatrı Studiyası"nın layihəsidir. "Laçın teatrı Studiyası" müxtəlif beynəlxalq müsabiqələrdə uğurla iştirak edib.
 
Qlobal.az 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook