SON XƏBƏR

Suriyadan açıqlama: "Erməni əsilli döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb"

Oktyabr 01
14:47 2020
Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", -  deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook