SON XƏBƏR

Şuranın maliyyə köməkliyi ilə kənd turizmin inkişafina dəstək layihəsi icra olunur – FOTO

Avqust 06
14:18 2019
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Kənd yerlərində ailə turizmin inkişafının təşviqi” layihəsini Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Quba rayonunun Xınalıq , Qrız və Girdah kəndlərində icra olunur.

Layihə 3 ay davam etdiyindən iyul və avqust aylarında Xınalıq , Qrız və Girdah kəndlərində turizm xidmət ilə məşğul olan ailələrə Dövlət Turzim Agentliyin əməkdaşı tərəfindən fərdi qaydada məlumat xarekterli seminar təşkil edilmişdir. Ailələrə kənd turizmi inkişafı ilə bağlı geniş və ətraflı məlumat verilmiş, bu sahədəki fərdi bacarıqlarının təkmilləşdirilməsinə dəstək olmuşdur. Layihənin icra müddəti ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Xınalıq, Qrız və Girdah kəndlərində ailə turizmi ilə məşğul olan 10 nəfər ailəyə mətəbxt ləvazımatları hədiyyə olunmuşdur. Həmçinin kənd ərazisndə istirahət edən yerli və xarici turiztlər arasında kənd ərazisində göstərilən turizm xidmətin keyfiyyəti ilə bağlı sorğu təşkil olunmuşdur. Müştəri məmnunluğunu yaxşılaşdırmaq məqsədilə sorğu iştirakşıların istək və təkliflərini ailə turizmi ilə məşğul olan ailələrə çatdırılmış və ekspertlər tərəfindən müəyyən tövsiyələr verilmişdir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook