SON XƏBƏR

Şurada “Səhiyyə, sağlamlıq və ekologiya" qrupuna aid QHT-lərlə görüş keçirilib

Yanvar 23
23:48 2017
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına "səhiyyə, sağlamlıq və ekologiya” məsələləri qrupundan üzv seçilən Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun təşəbbüsü ilə qeyd olunan sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.
 
Şura üzvü Anar Xəlilov görüşün Şuranın dəstəyi ilə həyata keçirilən layihələrin icrasının yekunları ilə bağlı müzakirələr aparmaq, QHT-lərin qarşılaşdıqları problemləri və onların həlli üçün təşkilatların təkliflərini dinləmək  məqsədi ilə keçirildiyini deyib. Anar Xəlilov Şuranın dəstəyi ilə səhiyyə, sağlamlıq və ekologiya məsələləri istiqaməti üzrə ötən illərdə həyata keçirilən layihələrdən danışaraq təmsil etdiyi qurumun QHT-lərdən innovativ təşəbbüslər gözlədiklərini deyib. 
 
Toplantıda çıxış edən Ayaz Hüseynov, Rey Kərimoğlu, Yeganə Sultanova, Nailə İsmayılova, Kəmalə Haşımova, Tahirə Nağıyeva, Səlim Ələsgərov, Elşən Məhərrəmov, Turqay Həsənəliyev, Samirə Mustafayeva və digər QHT sədrləri layihələrin icrası zamanı qarşılaşdıqları məsələlər haqqında danışaraq təkliflərlə çıxış ediblər. QHT təmsilçiləri layihələrin icrası zamanı və hesabat dövründə Şura Katibliyinin əməkdaşlarının onlara yaxından köməklik göstərdiyini bildiriblər.
 
Tədbirdə iştirak edən QHT rəhbərləri səhiyyə, sağlamlıq və ekologiya istiqaməti üzrə fəaliyyət göstərən təşkilatların fəaliyyətinin koordinasiyasını təşkil etməyin faydalı olacağını qeyd edərək müvafiq koalisiyanın yaradılmasının təklif ediblər. Yeganə Sultanovaya  koalisiyanın yaradılması işinin koordinatorluğu həvalə edilib.
 
Toplantının sonunda Şura üzvü Anar Xəlilov QHT rəhbərlərinin suallarını cavablandırıb.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook