Şura 2016-cı ilin yekunlarını müzakirə edib
Yanvar 16
21:52
2017
Bu gün Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın
2016-cı ildəki fəaliyyətinə dair hesabat, dövlət büdcəsindən Şuraya 2017-ci ildə
ayrılmış vəsaitin bölgüsü və Şuraya daxil olan layihələr barədə məsələni elan
edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi
Konsepsiyasına uyğun olaraq 2016-cı ildə də QHT-lərin
ictimai əhəmiyyət kəsb edən çoxsaylı təşəbbüslərini
dəstəkləndiyini və ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm tədbirlər
həyata keçirdiyini bildirib. İcraçı direktor ötən il Şuranın məlumat, təşkilati-texniki,
konsultativ, maliyyə, metodiki sahədə QHT-lərə verdiyi dəstəklə bağlı ətraflı məruzə
edib. Eyni zamanda Şuranın təşəbbüsü ilə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu
Platformasının yaradılması, Şuranın iştirak etdiyi dövlət proqramları, beynəlxalq
əməkdaşlıq və digər məsələlər haqqında da məlumat verib. F.Qurbanov Şuranın
2016-cı ildə üç qrant müsabiqəsi həyata keçiridiyini və 556 QHT layihəsinin
maliyyələşdirildiyini deyib.
F. Qurbanov 2017-ci il üçün
Şuraya ayrılmış büdcə vəsaiti haqqında da məlumat
verib.
Şura üzvləri Vüsal Quliyev,
Əliməmməd Nuriyev, İlqar Məmmədov, Nərgiz Xələf, Şahin İsmayılov, Rufiz
Qonaqov, Sahib Məmmədov, Anar Xəlilov və Emin Həsənli çıxış edərk gündəlikdə
dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.
İclasda Apellyasiya
Komissiyasının səlahiyyətlərinin genişləndirilərək yalnız qrant müsabiqəsi nəticələri
üzrə deyil, layihələrinin təqdimolunması prosesi ilə də bağlı məsələlərlə əlaqədar
fəaliyyət göstərməsi təklif edilib. Toplantıda layihələri qiymətləndirən ekspertlərin
siyahısı da müzakirə edilib.
Müzakirələrdən sonra iclasın gündəliyində
olan məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.
Qlobal.az