SON XƏBƏR

Sümük iliyinin köçürülməsi ilə bağlı toxuma uyğunluğu registri yaradılacaq

May 08
14:19 2018
Hazırda Azərbaycanda 3000-dən artıq talassemiyalı xəstə var. Musavat.com-un məlumatına görə,bunu Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bu gün keçirdiyi brefinqdə deyib. Direktorun sözlərinə görə, ölkədə təxminən 1 milyona yaxın talassemiya daşıyıcısı var: "İki daşıyıcı insan ailə qurarsa onların övladlarının xəstə doğulması riski çox böyükdür.
 
Ölkədə nikahdan qabaq müayinələrin aparılması nəticəsində xəstə uşaqların doğulmasının sayında ciddi azalma müşahidə olunur".
 
V.Hüseynov qeyd edib ki, son 5 ildə mərkəzdə 55 xəstəyə sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub: "Onların böyük əksəriyyəti talassemiyalı xəstələr olub. Alınan nəticələr dünyadakı nəticələrlə yanaşıdır. Gələcəkdə qoyulan hədəflərdən biri toxuma uyğunluğu registrinin formalaşdırılmasıdır. Bu da donor tapa bilməyən xəstələrə donor yapılanmasına kömək edəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook