SON XƏBƏR

Sumqayıtlı pedaqoqların Trabzonda bayraq rüsvayçılığı - FOTO

Noyabr 12
00:52 2019
Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadənin başçılıq etdiyi və məktəb direktorlarından ibarət nümayəndə heyəti 2 -5 noyabr tarixlərində Türkiyənin Trabzon şəhərində səfərdə olublar. Səfər Sumqayıt şəhəri 11 nömrəli məktəbinin "81 ilde Şanlı Bayrağımız” layihəsi çərçivəsində baş tutub. Nümayəndə heyəti Trabzon şəhərinin Mahmud Celaleddin Ökten adına Anadolu İmam Hatip Liseyinin dəvəti ilə "Bayraq dizaynı” sərgisində iştirak edib.

Türkiyə səfərində Sumqayıt Təhsil şöbəsinin müdiri ilə yanaşı, Sumqayıt şəhər 11 nömrəli məktəbin direktoru İlahə Həsənli, "Təfəkkür” liseyinin direktoru Qönçə Səftərova, 1 nömrəli məktəbin direktoru Kəmalə Hüseynova, 26 nömrəli məktəbin direktoru Tərlanə Nağıyeva, 13 nömrəli məktəbin direktoru Qədir Mikayılov, 41 nömrəli məktəbin direktoru Leyla Əliyeva, 21 nömrəli məktəbin direktoru Vladim İbrahimov iştirak edib.
 
Aztoday.az xəbər verir ki, müəllimlərlə Trabzona aparılan şagirdlər də məktəb direktorlarının övladlarıdı.

Sözügedən səfərlə bağlı diqqət çəkən məqamlardan biri də siyasi xarakter daşıyır. Belə ki, səfər ölkədə bələdiyyə seçkilərinə start verildiyi vaxta təsadüf edir. Təhsil şöbəsinin müdirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində isə məntəqə sədrləri var. Belə ki, Türkiyə səfərində olan direktorların hamısı həm də məntəqə sədrləridir. Həmin dönəmdə seçicilərə bildirişlərin hazırlanması ilə məşğul olmalı olan şəxslərin mütləq bu səfərdə iştirakını şəhərin təhsil şefinin seçimi öz qrupu daxilində etməsi fikrini təsdiqləyir.
 
Trabzona edilən səfərdə acınacaqlı məqam isə sumqayıtlı pedaqoqların tədbirdə nümayiş etdirdikləri Azərbaycan bayrağının əzik olmasıdır.
 

 
Qlobal.az 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook