SON XƏBƏR

Sumqayıtın başçısı 6 milyonluq məktəblə bağçanı şəxsi vəsaiti ilə tikir?

Aprel 15
09:33 2020
Sumqayıtın icra başçısı Zakir Fərəcov son dövrlər bir çox qalmaqallı addımları ilə gündəmə gəlir. Hələ 3 il bundan əvvəl Dənikənarı Bulvar və şəhərin giriş hissəsini abadlaşdırmış sahibkarlarla arasındakı 8 milyon manat məsələsi bitməmiş, bu dəfə 6 milyonluq məktəb və uşaq bağçası problemi üzə çıxıb.

Bu yaxınlarda Sumqayıtda smeta dəyəri 6 milyon manat olan yeni məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Həmin məqsədlə dövlət büdcəsindən pul ayrılması da qərarlaşdırılıb. Lakin inşaat işlərini aparmaq üçün sahibkarlardan heç biri məsələyə yaxın durmur. Buna səbəb kimi isə iki hadisənin olduğu deyilir.

Belə ki, onlardan biri Fərəcovun 3 ilə yaxındır 8 milyon manat borclu olduğu sahibkarların pulunu verməkdən boyun qaçırmasıdır. Bulvarın tikintisini həyata keçərən 300-dən çox sahibkar və işçini həmin pulu istədiyinə görə, hədələyən icra başçısı, bunun ardından məbləğin 30 faizi ona veriləcəyi təqdirdə, ödənişə raxı ola biləcəyini deməsi qalmaqala səbəb olmuşdu.

Bu azmış kimi həmin iş adamlarının təhdid olunması da onların özü tərəfindən təsdiqlənib. Bununla bağlı, qalmaqalı yatıra bilməyən Zakir Fərəcov, əksəriyyət tərəfindən güvənsiz insan olaraq qəbul edilir. İkinci səbəb isə Zakir Fərəcovun məhz orta məktəb və uşaq bağçası ilə bağlı dediyi fikirlərdi. Məlumatlı şəxslər bildirir ki, Sumqayıtın icra başçısı bir neçə sahibkarla söhbət əsnasında deyib ki, məktəb və bağçanın tikintisinin pulunu o, özü ödəyəcək.

Büdcədən pul ayrılması məsələsini isə "el gözünə" olduğunu dilə gətirib. Onun sözlərinə görə, məktəbi o, öz pulu ilə inşa etdirəcək, lakin tikinti dövlətin ayağına yazılacaq. "Zakir Fərəcov deyir ki, guya, 6 milyonluq məktəb və bağçanı öz pulu ilə tikməyi ona tapşırıblar. Amma o, həmin tikintini reallaşdırmaq fikrində olsa da, pul vermək niyyətində deyil. Səbəbini də belə izah edib ki, 6 milyon manata məktəb və bağça tikdirib, dövlətin xeyrinə yazmaqdansa, elə onu öz adıyla inşa etdirər. Və Sumqayıtda hamıya deyər ki, xeyriyyəçiliklə məşğuldur. Adam o qədər arxayındır ki, çəkinmədən deyir ki, o, Hacı Zeynalabdin Tağıyev olmaq istəyir".

Maraqlı məqamlardan biri də odur ki, sahibkarlar onun bu sözünə qətiyyən inanmırlar. Çünki bu, Fərəcovun ilk oyunu deyil. Yəni, Dənizkənarı Bulvarın tikintisi zamanı da icra başçısı demişdi ki, dövlət ona pul ayırmayıb, bütün xərci özü çəkir. Nəticədə, sahibkarlara çatacaq 8 milyon manat indiyə qədər ödənilməyib. Sahibkarların qənaəti odur ki, Zakir Fərəcov məktəb və bağça tikintidinə görə ayrılmış pulu özünə götürmək üçün belə bir oyun oynayır.

Yəni, dövlətin ayırdığı pulu götürür, onun cüzi hissəsini sahibkara verir, qalan hissəni də iş başa çatanda veriləcək vədi ilə yubadır, yekunda isə bir manat da ödəməyib, işi icra edənləri çətin vəziyyətdə qoymaqdır.

İş adamları deyir ki, bu qabaqdangəlmişlik etməkdir və kimsə belə vədə və sözə aldanıb, onunla iş görmək istəmir. "Əgər Zakir Fərəcov bu qədər xeyriyyəçidirsə, o zaman haqqını yediyi sahibkarların pulunu qaytarsın. Türk iş adamını bayraq məsələsində aldatmış biri necə xeyriyyəçi ola bilər? Bu onun yeni oyunudur. Həmin pulu verməmək üçün indidən zəmin hazırlayır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Mənbə: jamaz.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook