SON XƏBƏR

Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü

Fevral 13
12:12 2019
Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb.

Abşeron Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhəri ərazisində, səhər saat 07 radələrində baş verib

Xırdalan şəhəri ərazisində Sumqayıtdan Bakıya gələn sürət qatarının bir nəfəri vurub öldürməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanları əməkdaşları dərhal hadisə yerinə baxış keçirib.

Məlum olub ki, Abşeron rayonu Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, "Çexkalon” adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştabler” markalı sürət qatarı vurması nəticəsində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook