SON XƏBƏR

Sumqayıtda lift 8-ci mərtəbədə qırıldı: xəsarət alanlar var

Fevral 21
10:42 2018
Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, üç nəfər ağır xəsarət alıb. 

Qlobal.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində üç nəfər –1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəflisəkkizinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook