SON XƏBƏR

Sumqayıtda “Ani Fantaziya” Rəsm Festivalı keçirilib

Noyabr 14
20:12 2016
13 noyabr 2016-cı il tarixində Sumqayıt şəhərində Əli Eminlinin fərdi layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Sağlam Düşüncə” Gənclər Təşkilatı, Sumqayıt Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Gənclər Evinin təşkilati dəstəyi ilə "Ani Fantaziya” Rəsm Festivalı keçirilib.
 
Festival müsabiqə xarakterli olub.
 
Layihənin əsas fərqli cəhəti mövzunun festival gününə qədər açıqlanmamasıdır, yəni gənclərin çəkəcəyi rəsmlərin mövzusu həmin an, daha dəqiq desək, açılış mərasimindən sonra açıqlanıb. Mövzu hal-hazırda bütün dünyada və ölkəmizdə aktual olan bir mövzu seçilmişdir və üç hissədən ibarətdir. Bu hissələr "Multikulturalizm, Sülh və Tolerantlıq” –dır. Bu mövzunun seçilməsinin bir neçə səbəbi vardır. İlk olaraq ölkəmizdə bu il "Multikulturalizm ili” olduğuna görə mövzunun ilk hissəsi də məhz budur. "Sülh və Tolerantlıq” hissəsi isə həm bütün dünyadakı bu məsələ ilə bağlı problemlərə diqqət çəkmək, həm də ölkəmizdə müxtəlif millətlərin bir arada tolerant və sülh şəraitindəyaşamasının bütün dünya ölkələri üçün nümunə olduğunu göstəmək üçündür.
 
Qeyd edək ki, layihədə istifadə olunan rəsm ləvazimatları iştirakçıların özlərinə hədiyyə olunub. "Ani Fantaziya” Rəsm Festivalının əsas məqsədləri istedadlı gənclərin öz bacarıqlarını, fantaziya və yaradıcılıqlarını göstərə biləcəkləri bir mühitin yaradılması, həmin gənclərin özləri kimi istedadlı gənclərlə əlaqə qurması və yeni dostluqlar qazanması, onların əl işlərinin sərgilənməsi və gənclər arasında incəsənətin təbliğidir.
 
Qeyd edək ki, iştirakçıların əl işlərini tanıtması üçün 20 noyabr saat 10:00 2016 tarixində Sumqayıt Gənclər Evində rəsmlərin sərgisi keçiriləcək. Sərgidən əlavə isə sosial şəbəkələrdə əldə edilmiş müəyyən auditoriyaya həmin rəsmlər tanıdılacaq.

Qlobal.az
 






















Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook