SON XƏBƏR

Sumqayıt Texnologiyalar Parkı fəhlənin hündürlükdən yıxılaraq ölməsi xəbərini təkzib etdi

Noyabr 19
13:17 2018
Sumqayıt Texnologiyalar Parkında (STP) fəhlənin hündürlükdən yıxılaraq ölməsi xəbəri yalandır. 
 
Bu barədə STP-dən Qlobal.az-ın elektron poçtuna daxil olan məktubda deyilir.
 
Məktubda deyilir ki, 17 noyabr 2018-ci il tarixdə bir neçə media qurumu Quluzadə Fərhad Mətləb oğlunun Sumqayıt Texnologiyalar Parkının zavodlarının birində hündürlükdən yıxılaraq həlak olması barədə məlumat yayıb. Bununla bağlı  bildiririk ki, xəbərlərdə qeyd edilən şəxs Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərmir. 
 
Xatırladaq ki, adıçəkilən yazı noyabr ayının 17-də Qlobal.az saytında Report İnformasiya Agentliyinə istinadla yayılıb. 
 
 
Qlobal.az







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook