SON XƏBƏR

Sumqayıt şəhər Travmotologiya Xəstəxanası Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbənin anasından 5000 manat istəyir

Mart 17
02:01 2017
Aytən Quluzadənin anası Rima Səfərova AzNews.az-a açıqlamasında Sumqayıt şəhər Travmotologiya Xəstəxanasından narazılığını dilə gətirib.
 
Onun sözlərinə görə, hadisə günü Quluzadə Aytən ağır dərəcəli kəllə-beyin travması alıb: "Elə həmin gündən Sumqayıt şəhər Travmotologiya Xəstəxanasına yerləşdirilib. O gündən etibarən burada müalicə alır. Amma adı müalicədir, baxan yoxdur. Mən də bunu görəndə şikayət etdim. Dəli deyildim ki, şikayət edəm. Aytənə baxılmağından narazı idim. Dedim ki, burada vaxt itirməyə dəyməz. Özəl klinikalardan danışdım. Məndən Aytənin müalicəsi üçün 5 min manat pul istədilər. Mənim də buna imkanım yoxdur. Məcbur olub dövlətə sığınıram.”
 
Rima Səfərova qeyd edib ki, Aytən Quluzadəyə edilən diqqətsizliyə görə, onu xəstəxanadan çıxarmaq istəyib: "Onsuz da baxan yoxdur, daha burada niyə vaxt itirirəm. Şikayətdən sonra isə həkim gəlib Aytəni müayinə etdi. Dedi ki, "sən nə danışırsan, bu xəstə evə buraxıla bilməz. Hələ müalicə olunmalıdır”-deyə Aytəni 1 saylı Şəhər Klinik Xəstəxanasına köçürüləcəyini bildirdi.”
 
Martın 9-da Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
"Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook