SON XƏBƏR

Sumqayıt müəllimlərindən Muğam Mərkəzinin tikintisinə pul toplamaq kimin başında çatlayacaq?

İyul 31
15:06 2019
Sumqayıt şəhərində Muğam Mərkəzinin tikintisi üçün müəllimlərdən yığılan pul məsələsi böyüyür

İki həftə öncə ölkə mətbuatında Sumqayıt məktəblərində çalışan hər bir müəllimən şəhərdə yeni inşa edilən Muğam Mərkəzini tikintisi üçün 50 manat vəsait yığılması barədə məlumat yayıldı. Həmin məlumatda vurğulanırdı ki, müəllimlərə 3(üç) aylıq məzuniyyət pulu verildikdən dərhal sonra məktəb direktorları tərəfindən onlardan 150 manat pul yığılıb. 

Təbii ki, yığılan 150 manat müəllimlərin narazılığına səbəb olsa da, onlar bu pulu vermədikləri təqdirdə gözümçıxdıya salınacaqlarını və növbəti dərs ilində onlara dərs saatı verilməyəcəyini bildiklərindən məcbur olub tələb olunan məbləği veriblər.

Məlumatda qeyd olunurdu ki, bu hal Sumqayıtın bütün məktəblərində, təhsil ocaqlarında baş verib və direktorlar bu pulun icra hakimiyyətinin göstərişi ilə yığıldığını bildiriblər. Belə ki, müəllimlərə izah olunub ki, icra başçısı hər məktəb direktoruna şəhərdəki hansısa binanı təmir etmək tapşırığı verib. Və buna görə də hər direktor da öz məktəbindəki müəllim və müəllimələrdən, ümumiyyətlə məktəbdə çalışanlardan 100 manat yığmaq məcburiyyətindədir".

İnformasiyada daha sonra vurğulanırdı ki, ən dəhşətlisi isə müəllimləri başa salınıb ki, 50 manat pul Sumqayıt icra hakimiyətinin başçısının göstərişi ilə şəhərin dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə görə, hansı ki, hal-hazırda tiklir, yığılır. Halbuki ikimərtəbəli Muğam Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən Sumqayıt icra hakimiyyətinə milyonlarla pul ayrılıb. Əgər Sumqayıtda 50-yə yaxın ümumtəhsil məktəbinin, hər məktəbdə də 150-200 müəllimin çalışdığını nəzərə alsaq yığılan təkcə bu məbləğ (200× 50=10.000×50=500.000 manat) yarım milyondan çox edir.
 
AzFakt.com-a daxil olan ilginc məlumata görə Sumqayıt məktəblərində müəllimlərdən Muğam Mərkəzinin tikintisi üçün 50 manat pul yığılması məsələsinin mətbuatda işıqlandırılmasından sonra Prezident Adminstrasiyandan Sumqayıt İcra Hakimiyyətinə ciddi xəbərdarlıq edilib və baş verənlərə görə izahat tələb olunub. Aldığımız məlumata görə məktəb müəllimlərindən 50 manat vəsaitin yığılmasına Sumqayıt İcra başçısının birinci müavini Teymur Səmədov rəhbərlik edib.
İnformasiya mənbəmiz iddia edir ki, müəllimlərdən Muğam Mərkəzinin tikintisi üçün məcburi 50 manat yığılması məsələsi birinci müavin Teymur Səmədov üçün ciddi problemə çevrilib.
 
Çünki hər bir müəllimdən məcburi pul toplanması ciddi narazılıq yaratmaqla bərabər həm də bu Sumqayıt İcra başçısını yuxarıların hədəfinə gətirib. 
 
Məhz buna görədə Zakir Fərəcov yuxarıların yanında özünü "təmizə çıxartmaq" üçün baş verənləri birinci müavini Teymur Səmədovun üstünə yıxa bilər. 
 
Məlumata görə Sumqayıt məktəblərində baş verən çoxsaylı problemlər və məktəb direktorlarından, müəllimlərdən məcburi pul toplanılması məsələlərinin artıq adi hala çevrilməsi şəhər icra başçısının müavini Teymur Səmədovu yuxarıların açıq hədəfinə gətirib. 
 
Çünki Sumqayıtda hər kəs yaxşı bilir ki, şəhər təhsilinə birinci müavin şəxsən özü nəzarət edir və baş verən bütün qanunsuzluqların başında Teymur Səmədov dayanır. Şəhər icra başçısının birinci müavinin bu əməlləri barədə artıq Prezident Adminstrasiyasının xəbəri var və çox güman ki, yaxın günlərdə Sumqayıt İcra Hakimiyyəti ilə bağlı ciddi tədbirlər görüləcək. 

Məlumata görə Sumqayıt təhsilində yaradılan xaos sonda birinci müavinin başında çatlaya bilər. Yəni şəhər icra başçısı Zakir Fərəcovla Teymur Səmədovu qurban verəcək. Prezident Adminstrasiyanda yaxşı bilirlər ki, Sumqayıt təhsilində baş verənlərdən icra başçısı Zakir Fərəcovun xəbəri var. Çünki icra başçısının icazəsi olmadan Teymur Səmədov heç bir məktəb direktorundan, müəllimdən məcburi pul toplaya bilməz. Hətta Teymur Səmədovun direktorlarla keçirtdiyi görüşlərdə onlara tez-tez dediyi sözlərdən biri budur ki, "mən kiməm ki, özbaşıma məktəbdən pul yığdıram, rəhbərlik tapşırıq verir mən də icra edirəm".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
 
Mənbə: Azfakt.com
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook