SON XƏBƏR

“Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” – BMT-nin Baş katibi

Yanvar 11
10:34 2021
Dünyadakı atəşkəsin qarşısını kəsən əsas maneə etibarsızlıq və hərbi münaqişələrə müdaxilə edən xarici qüvvələrin destruktiv hərəkətləridir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın birinci Baş Assambleyasının 75-ci ildönümündə deyib.

"Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var. Birincisi – etibarın çatışmamazlığı. Etibarın defisiti insanların birləşməsinə, danışıqlara getməsinə və münaqişəni dayandırması üçün bir maneədir. İkincisi isə – destruktiv qüvvələrdir” – baş katib bildirib.

Təşkilat başçısı bir çox ölkənin digər dövlətlərin daxili qarşıdurmalarına müdaxilə etdiyini və onları ağırlaşdırdığını qeyd edib. O, eyni zamanda, böyük dövlətləri beynəlxalq səviyyədə nizam yaratmaq üçün fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

Quterreş həmçinin nüvə qarşıdurmasının dünyaya qayıtdığını da vurğulayıb. Onun sözlərinə görə, dünyada geosiyasi gərginlik artmaqda davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook