SON XƏBƏR

“Süleyman şah türbəsi əvvəlki yerinə qaytarılacaq” - Türkiyə baş nazirinin müavini

Aprel 02
13:25 2018
"Süleyman şah türbəsi gec-tez öz əvvəlki yerinə qaytarılacaq”.

"Report” "CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Fikri Işık bildirib.

"Çünki ora Türkiyə torpaqlarıdır”, -deyə o, vurğulayıb.

Qeyd edək ki, 2015-ci ilin fevralın 21-də Türkiyə Suriyanın Hələb şəhəri ərazisindəki Karakozak kəndindəki Süleyman şah türbəsində xidmət edən əsgərlərinin təxliyyəsi üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və "Süleyman şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib. Süleyman şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə edilir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook