SON XƏBƏR

Suçiçəyinə qarşı kütləvi peyvəndləmə tətbiq ediləcək? - Rəsmi açıqlama

Yanvar 18
16:09 2018
Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır.

Qlobal.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə edilmir:

"Bu xəstəliklə bağlı vəziyyət stabildir. Suçiçəyi Azərbaycanda peyvəndlə idarəolunmayan xəstəliklər qrupuna aiddir. Çünki biz, hələ ki, Azərbaycanda o xəstəliyə qarşı peyvənd tətbiq etməmişik. Peyvəndlər daha aktual, daha vacib olan xəstəliklərə qarşı edilir. Suçiçəyi ağır keçməyən xəstəlikdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook