SON XƏBƏR

STP-də ağalar və qullar dünyası: Etibar Pirverdiyevin komandası fəhlə üsyanı yetişdirir

Mart 27
01:40 2017
Sumqayıt Texnologiyalar Parkı (STP) ilə bağlı son zamanlar müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. Məsələn, bununla bağlı verilən bilgilərdə qeyd olunur ki, STP-də ciddi nöqsanlar müşahidə olunur, işçilərin əmək haqlarının vaxtlı-vaxtında almasında problemlər yaşanır, eyni zamanda digər bir sıra əyrintilərə də imza atılır. Bu və digər önəmli məqamlarla bağlı əldə edilən bilgiləri nəzərinizə çatdırmazdan öncə cumhuriyyet.az STP haqda qısa məlumat verib. Sumqayıt Texnologiyalar Parkı 6 aprel 2012-ci ildə Vergilər Nazirliyində "Sumqayıt Texnologiyalar Parkı” MMC kimi qeydiyyatdan keçib. Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında "Sumqayıt Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib.
 
"AZENCO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti. Texnoparkın icraçı direktoru Sahib Musayev olsa da, burdakı bütün işlərə nəzarət "Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən həyata keçirilir. Hər halda son vaxtlara qədər belə olub. İşcilər də "STP”-nin rəhbəri kimi Etibar Pirverdiyevi tanıyırlar. Cumhuriyyet.az xatırladır ki, bir ara mətbuata şikayət edən işçilər Texnoparkdakı sexlərdən birinə rəhbərlik edən Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun özünü bütün zavodun ağası kimi apardığını bildirmişdilər. Həmçinin mediada yer alan məlumatlarda bildirilir ki, cəmiyyət sədrinin ailə üzvlərindən bir neçəsi texnoparkda mühüm vəzifə tutsalar da, işə getmirlər: "Məsələn, onun qızı Dünya xanım Pirverdiyeva STP-də söbə müdiridir. Ona ayda filan qədər maaş yazılır, ancaq buna baxmayaraq, işə gəlmir. Biznesin inkisafı idarəsinin rəisi Cəmil Qasımov Etibar Pirverdiyevin qızının tələbə yoldaşı olub. İxtisasca hüquqşünasdır. Ona vəzifə verməkdən ötrü xüsusi idarə yaradıblar. O hazırda Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir. Bundan başqa, Ağır Maşınqayırma Zavodunun gənc direktoru Rzabəy Məmmədov da ASC sədrinin yaxın adamı hesab olunur. Bu şəxslər Sumqayıt Texnologiyalar Parkında özlərini çox yüksəkdən aparır, sıravi işçilərə yuxarıdan aşağı baxırlar. Belə insanların məsuliyyətli vəzifələrə qoyulması texnoparkın fəaliyyətində problemlərin əmələ gəlməsinə səbəb olub. Texnoparkın icraçı direktoru Sahib müəllim ASC sədrinin özbaşına işlərə imza atan adamlarına heç bir irad tuta bilmir. Belə olan təqdirdə çanaq yenə də işçilərin başında çatlayır. Bu insanların qanundan kənar əməllərindən əziyyət çəkən işçilərdir”.
 
Amma problemlər bununla bitmir. Bir neçə vaxtdır ki, Sumqayıt Texnologiyalar Parkının fəhlələri tərəfindən mediaya daxil olan ərizə və şikayətlərə görə, bir müddətdir ki, müəssisədə maliyyə problemləri yaşanmağa başlayıb, maaşların gecikdirilməsi artıq xroniki hal alıb. Bu günədək dəfələrlə ictimailəşən və hər hansı bir rəsmi təkzib, yaxud izahat verilməyən bu şikayətlərdən bəzisini cumhuriyyet.az diqqətə çatdırıb: " Heç bir tutarlı səbəb göstərilmədən işdən çıxarılan şəxslər bildirirlər ki, ötən ilin yay aylarında 300-ə yaxın işçi STP-dən çıxarılıb. Bəhanə kimi isə əmək müqaviləsinin bitməsi göstərilib. Zavod rəhbərliyi STP-ni Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) etdirdikdən sonra işçilərlə daha da sərt rəftar edir. Belə ki, zavod rəhbərliyi işçilərlə çox kobud davranır. Müqaviləyə əsasən işçilər həftənin beş gününü işləməlidirlər, lakin rəhbərlik bizi altı gün işlədir. Bununla kifayətlənməyən Sumqayıt Texnologiya Parkının rəhbərliyi fəhlələrin geyiminə və zahiri görünüşünə də müdaxilə edir. Müdiriyyət zavodun mühafizəçilərinə tapşırıb ki, işçilər saqqalla işə buraxılmasın. Bu cür təzyiqlərlə üzləşən işçilər dəfələrlə zavod rəhbərliyinə şikayətlərini bildirsələr də onlara müsbət cavab verən olmayıb. Fəhlələrin ən çox narazı qaldığı şəxs isə STP-nin rəhbəri, "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovdur. O, zavodun "maşınqayırma” adlanan sexinə rəhbərlik edir, lakin özünü bütün zavodun sahibi kimi aparır. Deyilənlərə görə, Zeynal Yunusov fəhlələri aşağılayır, onlara əlavə problemlər yaradır”. "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin nazarətində olan zavodda fəhlələrə, sıravi işçilərə hec bir hörmət qoyulmur. Belə ki, yetərsiz idarəetmə ve kadr siyasəti, anormal əməkhaqqı, qanunların saya sayılmaması fəhlələrin səbr kasasını daşırmaq üzrədir”.
 
Sumqayıt Texnologiyalar Parkında dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyini bildirən məlumatlı şəxs qeyd edir ki, bunun məsuliyyəti Etibar Pirverdiyevin və onun yaxın adamlarının üzərinə düşür, büdcə vəsaitlərinin mühüm hissəsi bir qrup şəxsin cibinə səmtləndirilir: "Texnoparkın lazımlı maliyyə sənədlərinin çoxu məhv edilib. Törəmə şirkətlər vasitəsilə büdcə vəsaitləri yoxa çıxarılır. Aidiyyəti dövlət qurumları burda araşdırma aparsalar, o qədər qanunsuzluq üzə çıxar ki. Sadəcə, Etibar Pirverdiyev buna imkan vermir. Hesablama Palatası və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmiləri STP-də dəfələrlə yoxlama aparıb qanun pozuntularını aşkara çıxarıblar. Lakin STP rəhbərliyi sonradan onları ələ almağı bacarıb. Beləliklə, adı çəkilən qurumların nümayəndələri üzə çıxardıqları nöqsanları ört-basdır ediblər”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook