SON XƏBƏR

Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

Aprel 20
01:06 2018
Amerikalı aktyor və rejissor Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
 
APA-nın məlumatına görə, bu barədə o, özünün "facebook" səhifəsində yazaraq bu məlumatların doğru olmadığını deyib: "Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm. Çünki mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".
 
Qeyd edək ki, Ermənistan mətbuatı Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyini yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook