SON XƏBƏR

ÜST Azərbaycanın koronavirusla mübarizəsini təqdir edir

İyun 03
13:27 2020
"Azərbaycan Covid-19-la bağlı mərhələni çox ciddiyə aldı. Dövlət olaraq bunun üstünə gedirlər və bu baxımdan çox yaxşı edirlər. Operativ Qərargah quruldu. Bu, mübarizənin ən yüksək səviyyədə aparıldığını göstərir".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin Anadolu Agentliyinə açıqlamasında Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib. O, Azərbaycan hökumətinin mübarizəyə çox erkən başladığını, mart ayının əvvəllərindən sərhədləri bağlayaraq önəmli addımlar atdığını bildirib.

Harmancı ÜST-lə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq olduğunu, hökumətin Covid-19-la mübarizə çərçivəsində iki dəfə 5 milyon olmaqla ümumilikdə 10 milyon dollar yardım etdiyini deyib.

Ölkədə hər biri 200 yataq tutumlu 10 modul tipli xəstəxana tikilərək 5 min yataq tutumunun 7 minə çıxarıldığını qeyd edən ÜST nümayəndəsi Azərbaycanda şəxsi qoruyucu maska və mexaniki ventilyatorlar kimi ləvazimatların kifayət qədər olduğunu bildirib.

"Bu xəstəlik bu il bizimlə birlikdədir. Həm zərbaycanda, həm də dünyada məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma sayında artım olması sürpriz olmamalıdır. Artmaya da bilər. Bu da cəmiyyətin sosial izolyasiya qaydalarına nə dərəcədə önəm verməyindən asılıdır. Əgər insanlar məhdudiyyətlər götürüldü deyə xəstəlik yoxmuş kimi davransalar, yoluxma sayı daha da artar. Artıq məsuliyyət cəmiyyətin üzərindədir. Çünki dövlət və hökumətlər iqtisadi fayda ilə sağlamlıq faydasının tarazlığını nəzərə almaq məcburiyyətindədir. Bu mərhələdə insanlara önəmli rol düşür. Ancaq qaydalara riayət etməklə bu xəstəliklə mübarizə aparmaq olar", - deyə o bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook