SON XƏBƏR

“Sovetski”də məscidin sökülmə işləri dayandırıldı

İyun 01
11:12 2016
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərini daytandırıb.
 
Bu barədə virtualaz.org-a nazirliyin Abidələrin mühafizəsi və inkişafı Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib.
 
"Bu məscidin sökülməsi ilə bağlı məlumatı əldə edən kimi mütəxəssislərimiz hadisə yerinə yollandı və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları ilə danışıqlardan sonra bu binanın sökülmə işləri dayandırıldı”, – o deyib.
 
Zakir Sultanovun sözlərinə əsasən, 1908-ci ildə tikilmiş Hacı Əbdülrəhimbəy məscidi səhvən reyestrə yaşayış evi kimi daxil edilib. Bu il Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı üzrə bina məscid kimi tarixi-mədəni əhəmiyyət kəsb edən və mühafizə edilən obyektlər siyahısına daxil edilmişdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook