SON XƏBƏR

Sosial mənzillərlə bağlı sabahdan yeni prosesə start verilir

Mart 10
12:45 2017
Hazırda güzəştli mənzil elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir

Sosial mənzillərlə bağlı vətəndaşların daha ətraflı məlumatlandırılması üçün sabahdan etibarən yeni prosesə start verilir.
 
İstiPress xəbər verir ki, vətəndaşların məlumatlarındırılması "MİDA" MMC əməkdaşları tərəfindən Bakı şəhərindəki 1, 3 və 5 saylı "ASAN Xidmət" mərkəzlərində həyata keçiriləcək.
 
"ASAN Xidmət" mərkəzlərinə gələ bilməyənlər, bölgələrdə yaşayan insanların da məlumatlandırılması diqqətdə saxlanılıb.
 
Hazırda güzəştli mənzil elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. "MİDA" MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə 1 may 2017-ci il tarixindən etibarən "elektron hökumət" portalında çalışacaq "güzəştli mənzil" sistemi 2 pilləli olacaq.
 
2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook