SON XƏBƏR

Sorğu: Britaniyalılar “Breksit”in məqsədyönlüyünə şübhə etməyə başlayıblar

İyul 19
00:46 2017
Fevral ayında 53 faiz səs çoxluğu ilə ölkələrinin Avropa İttifaqının tərkibindən çıxmasına qərar verən Böyük Britaniya sakinləri seçimlərinin düzgünlüyünə şübhə etməyə başlayıblar.
 
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ICM kompaniyasının "Guardian” qəzeti üçün keçirdiyi sorğuya əsasən, "Brexit”in düzgün olduğuna inanan britaniyalıların sayı 46 faizə qədər azalıb. Hazırda əhalinin 32 faizi "Brexit” üzrə yeni referendumun keçirilməsi çağırışını dəstəkləyir. Halbuki iyun ayında bu göstərici cəmi 26 faiz təşkil edirdi.
 
Sorğuya dair hesabatda bu tərəddüdlər "Brexit”in nəticələrinin millət üçün faydasına artan pessimizmlə izah olunur.
 
Sorğu iyulun 14-16-da 18 yaşdan yuxarı respondentlər arasında keçirilib. Tədqiqatda ümumilikdə 2046 nəfər iştirak edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook