SON XƏBƏR

Soros öz fonduna 18 milyon dollar bağışladı

Oktyabr 19
16:46 2017
Macar əsilli ABŞ maliyyəçisi Corc Soros öz qurduğu "Açıq Cəmiyyət Fondu"na 18 milyon dollar bağışlayıb.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, bu, bir investor tərəfindən bağışlanan ən böyük bəxşişlərdən biridir. 87 yaşlı Soros bu məbləği bir neçə il ərzində bağışladığını açıqlayıb.
 
Qeyd edək ki, 1993-cü ildə dünyada insan haqlarının qorunması məqsədilə yaradılan "Açıq Cəmiyyət Fondu" ABŞ-da "Bil və Melida Qeyts Fondu"ndan sonra ən böyük xeyriyyə cəmiyyətidir. Hazırda 120-dən çox ölkədə fəaliyyət göstərir. Son illərdə fond Vaşinqtonda ABŞ-ın fəaliyyətinə qarşı yönələn qətl və polis zorakılığının azaldılması istiqamətində aparılan proqramlara sərmayə yatırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook