SON XƏBƏR

Sona Əliyeva: Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində uşaqların bir hissəsi qaçqın və məcburi köçkün həyatı yaşayır

İyun 01
15:01 2018
«Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunub. Amma  təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu uşaqların bir hissəsi qaçqın və məcburi köçkün həyatı yaşayır». Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.
 
S.Əliyeva bildirib ki, Ermənistanın işğalçılıq siyasəti səbəbindən  bu uşaqların illərdən bəri doğma torpaqlarında yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb. Onun sözlərinə görə, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi  tərəfindən qəbul olunur.
 
«Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurdundan didərgin salmış təcavüzkar Ermənistan hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq, işğal etdiyi əraziləri geri qaytarmaq istəmir. Bu hərbi münaqişə zamanı 190-dan çox uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir.
 
Dövlətimiz münaqişə zamanı 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, əfsuslar olsun ki, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Amma gün gələcək torpaqlarımız işğaldan azad olunacaq və bütün vətəndaşlar kimi uşaqlar da öz doğma torpaqlarına qayıdacaqlar. Hamı bu günə inanır. Çünki Prezident İlham Əliyevin qətiyyətli siyasəti xalqımızı həmin günün tezliklə reallaşacağına daha da yaxınlaşdırır»-deyə, deputat qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook