SON XƏBƏR

Somalidə Türkiyə hərbi bazasına bombalı hücum oldu

İyun 23
13:46 2020
Somalinin paytaxtı Moqadişuda yerləşən TURKSOM Hərbi Təlim Bazasına bombalı hücum olub.

Qaynarinfo xəbər verir ki, Türkiyənin İhlas və Demirören xəbər agentlikləri bu barədə fərqli məlumat veriblər. DHA partlayışın hücumu törədən şəxsin zərərsizləşdirilməsindən sonra gerçəkləşdirildiyini və 2 nəfərin həyatını itirdiyini yazıb. İHA isə cinayətkarın yeni gətirilən əsgərlərin arasına sızdıqdan sonra özünü partlatdığını bildirib. 

Qeyd edək ki, ötən ilin dekabrında Əş-Şərab terror qruplaşmasının gerçəkləşdirdiyi hücum zamanı 2-si türk olmaqla 140 Somali vətəndaşı həyatını itirmiş və 83 nəfər də yaralanmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook