SON XƏBƏR

ŞOK: Mingəçevirdə marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb qulağını qopardı

Sentyabr 06
19:27 2017
Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində yerləşən "5+" supermarketlər şəbəkəsinin 20 yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində yerləşən filialında baş verib. 

Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək ağır bədən xəsarətləri alıb. 

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, o, üz və baş nayihələrindən ağır xəsarətlər alıb: "Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa xəstənin üz və digər nahiyələrində sıyrılmış-cırılmış xəsarətlər olub".

Münaqişənin səbəbi isə mühafizəçinin filial müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub. 

Faktla bağlı araşdırma aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook