SON XƏBƏR

Əvəz Şükürovun oğlu karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi

Aprel 08
16:57 2020
Bakı-Ələt yolundakı karantin postunda insident bas verib.

"Report”un əldə etdiyi məlumata görə, Rəmzi Şükürov idarə etdiyi "Mercedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.

Polis əməkdaşlarının gördüyü tədbirlər R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook