SON XƏBƏR

ŞOK - Azərbaycanda müəssisə direktoru qəbuluna gələn yaşlı vətəndaşla məzələnib videoya çəkdi

Aprel 08
11:42 2017
«Ə, nə qışqırırsan? «Zatkni!», yəni «Mumla!» 

Elektron poçtumuza Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova ünvanlı müraciət və 2 ədəd videokadr göndərilib. Bakı şəhər sakini A.Cəbrayıllı və R.Mənsimov tərəfindən təqdim edilən hər 2 video-kadrlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkilib. Saatlı rayon sakini, 2 aydır müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlir və ondan kömək istəyir. Bayram Mikayılov isə əli hər yerdən üzülən, özünün dediyi kimi, neçə vaxtdır şor-çörək yeyən, bir gün əvvəl gözü qaralıb huşunu itirən ağsaqqal E.Allahyarovu ələ salır, üstünə qışqırır, hərdən isə qocanın çətin maddi durumu və çıxılmaz vəziyyətini belə nəzərə almadan onunla məzələnir… Hətta birdən dərdini danışan, kömək istəyən qocanın üstünə qışqırır ki, «Ə, nə qışqırırsan? «Zatkni!», yəni «Mumla!» və sair təhqir və lağ etmələr… Hətta bəzən onu ağır formada təhqir də edir… 2-ci videoda isə etikadan kənar söyüş və biədəb ifadələr yer alıb. Yenə də ahıl insanın düşdüyü çətin maddi durumuna gülərək lağ edən Bayram Mikayılov onu yenidən ələ salır…(Sonuncu videokadrdakı söyüşlərin montaj olunması üçün redaktə edilməkdədir, tezliklə təqdim ediləcək).
 
İnanırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bu faktları diqqətlə izləyib müvafiq tədbirlər görəcək.
 
(Mənbə: Təzadlar)
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook