SON XƏBƏR

SOCAR-ın avtobuslarını arendaya verən kimlərdir? - AÇIQLAMA

Mart 09
19:44 2018
SOCAR-ın Nəqliyyat İdarəsi ilə bağlı Qlobal.az ilginc məlumat əldə edib. 
 
Saytımıza verilən məlumata görə İdarənin balansında olan bəzi texnika və avtobuslar SOCAR rəhbərliyindən gizli olaraq kənar şirkətlərə icarayə verilir. Hətta bu avtobuslardan bəzilərinin rayonlara sərnişin daşımaqla məşğul olduğu deyilir. 
 
İddia olunan məlumata görə hər ay bu avtobuslardan 2000-3000 manat arası arenda pulu alınır. Arenda pullarının isə birbaşa İdarə rəhbərliyinə yaxın şəxslərin əliylə yığıldığı deyilir.
 

 
Məsələ ilə bağlı SOCAR-ın Nəqliyyat İdarəsinə yazılı müraciət etdik. Müraciətimizi cavablandıran Nəqliyyat İdarəsinin hüquq şöbəsinin müdiri Emin Hüseynov SOCAR-ın Nəqliyyat İdarəsinin balansında olan nəqliyyat vasitələrinin təyinata uyğun olaraq yalnız SOCAR-ın müəssisə və təşkilatlarına xidmət etdiyini qeyd etdi.
 
"Nəqliyyat İdarəsinin balansında olan heç bir nəqliyyat və xüsusi texnika vasitəsi kənar şirkətlərə icarəyə verilməmişdir. E-mail vasitəsi ilə daxil olmuş şəkildə görünən avtobusun üzərində SOCAR loqosu olmasına baxmayaraq avtobusun SOCAR-ın Nəqliyyat İdarəsinə heç bir aidiyyatı yoxdur. Diqqətinizə çatdırıram ki, şəkildə görünən Hyundai markalı avtobus göy rəngli dövlət nömrə nişanına malikdir. Azərbaycan Respublikasında isə göy rəngli dövlət nömrə nişanı yalnız sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrinə (avtobuslara, taksilərə) verilir. Nəzərinizə çatdırıram ki, SOCAR-ın Loqosundan qanunsuz istifadə halları daha öncə də müşahidə edilmiş və tərəfimizdən SOCAR loqosundan qanunsuz istifadə olunması barədə DYP-ə müracətlər olunmuşdur"-deyə, E. Hüseynov bildirir.
 
Qeyd edək ki, fotodakı avtobusun Bakı-Gəncə reysi ilə sərnişin daşıdığı deyilir. 
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook