SON XƏBƏR

“SOCAR Georgia Gas” Gürcüstanın Kveda Sazano kəndinin qazlaşdırılmasını başa çatdırıb

Aprel 05
12:08 2017
"SOCAR Georgia Gas” şirkəti Gürcüstanın Zestafon bələdiyyəsində yerləşən Kveda Sazano kəndinin qazlaşdırılmasını başa çatdırıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, "SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstanın "Qaztransport” şirkətinin baş direktoru İrakli Bendeliani və digər şəxslər yeni qazpaylayıcı şəbəkəyə baxış keçirib, rəmzi məşəli yandırıblar.

Bununla da Kveda Sazano kəndində 1728 ev təbii qazla təmin olunub. Yeni abonentlərin şəbəkəyə qoşulmasıının haqqı 400 lari təşkil edir. Abonentlər bu məbləği 16 ay müddətində aylıq 25 lari olmaqla ödəyə bilərlər.

Qeyd edək ki, "SOCAR Energy Georgia” MMC-nin tərkib hissəsi olan "SOCAR Georgia Gas” şirkəti təbii qazın idxalı, sosial və kommersiya tipli istehlakçılara satışı ilə yanaşı, Gürcüstanda yeni qaz kəmərlərinin tikintisi və mövcud kəmərlərin reabilitasiyasını həyata keçirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook