SON XƏBƏR

SOCAR-dan Mənsimovun gəmilərinin müsadirəsinə – Reaksiya

Yanvar 16
13:56 2018
"SOCAR Mübariz Mənsimov və ya "Palmali” Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib”.
 
Bunu "APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın "Palmali” Şirkətlər Qrupuna məxsus 14 gəminin müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.
 
"Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir: "SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook