SON XƏBƏR

Slovakiya Türkiyənin Avropa İttifaqı üzvlüyünə namizədliyini dəstəkləyir

May 27
09:43 2017
Son dövrlərdə Avropa ölkələri və Türkiyə arasında diplomatik gərginliyə baxmayaraq, Avropa İttifaqı Türkiyə ilə üzvlüyə dair danışıqları davam etdirməlidir.
 
Slovakiya istənilən halda Türkiyənin üzvlük fəaliyyətini dəstəkləyəcək.
 
Bu fikri Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bu gün Bratislavada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra bildirib. O, əlavə edib ki, hazırda danışıqlar prosesində müəyyən mürəkkəbliklərin olması hər kəsə məlumdur. O deyib: "Biz Aİ və Türkiyə arasında münasibətlərin hər iki tərəfin mediada səsləndirdiyi fikirlərə verilən reaksiyalar üzərində deyil, kriteriyaların konkret icrası üzərində qurulmasının tərəfdarıyıq."



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook