SON XƏBƏR

Siyavuş Novruzov: "Qarabağa gedən yol Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir"

Noyabr 15
08:56 2018
"Bu gün Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, hazırda sosial sahədə aparılan islahatlar da təqdirəlayiqdir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə ciddi şəkildə işləyir. Onun sözlərinə görə, müharibə veteranları ilə bağlı addımlar atılmalıdır: "Qarabağa gedən yol Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onlar üçün sosial tədbirlər həyata keçirməlidir”.

Millət vəkili qeyd edib ki, əlillərin işə cəlb edilməsində Qarabağ müharibəsi əlilləri əsas rol oynamalıdır: "Əgər Qarabağ müharibəsi əlili hansısa təşkilatda işləyirsə, orada ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil etmək lazımdır. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır. Hazırda Qarabağ müharibəsi veteranlarının, əlillərinin mənzil təminatının yaxşılaşdırılması işləri davam edir. Hesab edirəm ki, Əfqanıstan müharibəsi veteranlarına da bu mənzillərdən verilməlidir”.

S.Novruzov həmçinin deyib ki, Qarabağ müharibəsi veteranlarına 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin müavinət demək olar ki, kəsilir. Çunki kiçik bir məbləğ verilir: "Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyatı var? Məgər kimsə təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxırlar? Hesab edirəm ki, bu məsələ də həll olunmalıdır”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook