SON XƏBƏR

Siyavuş Novruzov: "Dini təbliğat xürafat şəkilində deyil, savadlı şəkildə həyata keçirilməlidir"

Aprel 24
11:36 2017
"Xaricdə dini təhsil alan elə şəxslər var ki, onlar 3, 5, 8 il oxuyub Azərbaycana qayıtdıqda öz baxışlarını da burada təbliğ etməyə çalışırlar”.
 
"Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini etiqad azadlığı haqqında” qanunun müzakirəsi zamanı səsləndirib.
 
Onun sözlərinə görə, bu, Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır: "Amma Vətənini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var ki, biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Bunun da nəticəsində onlar ya Azərbaycandan getmiş olur, ya da başqa qruplarda fəaliyyətini davam etdirməli olurdular. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından istifadə edilsin”.
 
Komitə sədri əlavə edib ki, bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur: "Bu gün Azərbaycanda 2500-ə yaxın məscid var. Bu məscidlərin 1500-i tam şəkildə fəaliyyət göstərir. Orada gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir”.
 
S.Novruzov əlavə edib ki, bu gün 200-ə yaxın xaricdə təhsil almış Azərbaycan vətəndaşı bu cür ayin və tədbirləri həyata keçirir: "Biz qanunu dəyişiklikləri qəbul etdikdən sonra o insanların da fəaliyyəti də məhdudlaşdırılmış olurduq. Biz çalışmalıyıq ki, dini təbliğat xürafat şəkilində deyil, savadlı şəkildə həyata keçirilsin və buna görə də bu cür insanlara şərait yaratmılıyıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook