SON XƏBƏR

Siyavuş Novruzov: Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq

İyul 12
11:03 2017
"Hazırkı məqamda torpaqlarımızın azad olunması üçün hərb variantdan istifadə reallığa doğru gedir”.
 
Bu sözləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
 
Onun sözlərinə görə, ATƏT Minsk Qrupu həmsədrlərinin bəyanatı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təzyiqindən sonra ikinci bəyanatı, ayrı-ayrı konqresmenlərin, senatorların bəyanatları, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin bəyanatları oldu: "Lakin hələ heç kim birbaşa Ermənistanın işğalçılığını etiraf etmir, dilə gətirmir. Bütün bu bəyanatlarda Ermənistanın işğalçı olması əksini tapmalı idi, amma olmadı. Bəşəriyyət bilməlidir ki, bu cinayətləri törədən Ermənistandır. Torpağımızı işğal ediblər, vətəndaşımızı öldürürlər, körpələrimizi qırırlar. Bu müharibə qanunlarına da sığmır. Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook