SON XƏBƏR

Siyavuş Novruzov: Azərbaycanda intellektual cəmiyyət formalaşıb, radikalizmə yer yoxdur

Aprel 26
00:21 2017
«Azərbaycan xalqı əsrlər boyu İslam dininə sitayiş edib. Sovet hökumətinin ən kəskin vaxtlarında da bütün dini  rituallar yerinə yetirilib. İnsanlar oruc da tutublar, namaz da qılıblar, məscidə də, pirə də gediblər». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
 
S.Novruzov bildirib ki, İslam dini nəinki terrorun, hər cür zorakılığın əleyhinədir. Onun sözlərinə görə, radikalizm İslam dininə yaddır.
 
«Bu cür məsələlərə bir neçə aspektdən yanaşmaq lazımdır. Təbii ki, hüquq-mühafizə orqanları da problemin həll olunması üçün işlər aparır. Amma öncədən ən əsas şərtlərdən biri maarifləndirmə işidir. Həm mətbuat orqanlarında, həm televiziyalarda, həm də müxtəlif toplantılarda insanlar kifayət qədər maarifləndirilir ki, kiminsə şirnikləndirməsinə aldanmasın. Məlumdur ki, insanlar terrorçulara şirnikləndirmək yolu ilə qoşulurlar. Kiməsə pul, yaxşı həyat təklif edilir, onlar da bunun müqabilində terrorçulara qoşulurlar. Təbii ki, məqsəd təkcə belə insanları silahlı birləşmələrə qoşmaq deyil. İkinci və əsas məqsədlərdən biri də budur ki, o insanları sonradan dünyanın başqa-başqa yerlərinə göndərsinlər və tapşırıq əsasında müəyyən planlar həyata keçirilsin. Hüquq-mühafizə orqanlarının sayəsində Azərbaycanda bütün bunların qarşısı alınıb. Üstəgəl, qanunun aliliyi tətbiq olunmaqla bu məsələlər öz həllini tapıb. Azərbaycanda intellektual cəmiyyət formalaşıb və belə bir cəmiyyətdə radikalizmə yer yoxdur»- deyə, S.Novruzov vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook