SON XƏBƏR

Şirvanda baş vermiş dəhşətli partlayışın görüntüsü yayıldı - VİDEO

İyul 27
09:57 2016
Dünən axşam saatlarında Şirvanda yerləşən "Araz” zavodunda baş verən dəhşətli partlayışın daha bir görüntüsü yayılıb. 
 
Yayılan video kadırlardan da partlayışın necə dəhşətli olması görünür. 
 
Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 24 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan
 
Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib.Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.
 
Zavodun iki əməkdaşı - Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyasını dəyişib.
 
Qlobal.az "Qaynarinfo.Az"-a istinadən dəhşətli  partlayışdan görüntüləri təqdim edir:
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook