SON XƏBƏR

Şirməmməd Hüseynov dəfn olundu

İyun 25
14:25 2019
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Təhsil naziri Ceyhun Bayramov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun rektoru Elçin Babayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook