SON XƏBƏR

“SINIQ KÖRPÜ”DƏ “SINDIRILAN” QANUNLAR - GÖMRÜK BİABIRÇILIĞI

Yanvar 10
02:35 2017
Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Sınıq Körpü sərhəd keçid məntəqəsində baş verən narazılıqlar müxtəlif vaxtlarda mətbuatın gündəmində olub.

Burada baş verən biabırçılıqla bağlı videolar yaılıb və gömrük əməkdaşlarından biri işindən uzaqlaşdırılıb.

Belə hadisələrin baş verməsinin səbəbkarı Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovdur.

Belə ki, həmin sərhəd keçid məntəqəsindən gün ərzində xeyli Azərbaycan vətəndaşı ticarət məqsədi ilə qonşu ölkəyə keçir. Oradan Aəzrbaycan siqaret, uşaq bezləri, yuyucu toz və meyvə-tərəvəz gətirən ticarətçilər bununla da dolanışıqlarını təmin edirlər. Amma buna mane olan gömrükçülər əslində öz maraqlarını güdürlər.

Mediafax.Az-a məlumat verən mənbə bildirir ki, sərhəd keçid məntəqəsində hər bir növbə rəisinin özünün xüsusi adamları var. Məhz onlar bu rəislərin icazəsi ilə gündəlik olaraq kifayət qədər adıçəkilən məhsulları Azərbaycan keçirirlər. Buradan onlara yalnız "kuryer pulu" çatır. Bununla da növbə rəisləri digər şəxslərin də bu işlə məşğul olmasının qarşısını almaqla öz ticarətlərini "çiçəkləndirirlər".

Bundan əlavə, Mehman Sadıqovun rəhbərlik etdiyi gömrük məntəqəsində Gürcüstandan Azərbaycana gətirilən məhsullara da qeyri-rəsmi rüsum qoyulub. Məsələn, bir maşın (3-4 ton) mandarinin Azərbaycana gətirilməsi üçün rüsum 400 dollardır. Ona görə, Gürcüstanda 20-30 qəpiyə satılan mandarin Bakı bazarlarında 80 qəpik, 1 manata satılır.

Bu rüsum mövsümdən asılı olaraq bütün məhsullara şamil olunur.

Gömrükçülərin nəzarət etdiyi digər bir sahə isə avtomobillərin ehtiyat hissələridir. Hər bir detal üçün ayrıca rüsum müəyyənləşdirilib.

Bir məsələ isə monopoliya ilə bağlıdır. Gömrükdə sərhəddi keçən avtomobilləri gömrükçülərlə yanaşı monopoliyanı təmsil edən qeyri-rəsmi bir şəxs də yoxlayır. Bununla da o, hər bir sahəni nəzarətində saxlayan şəxslərə müvafiq məlumat ötürür.

Beləliklə, dövlət büdcəsindən milyonlarla vəsait gizlədilmiş olur... 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook