SON XƏBƏR

Şimali Koreyaya göndərilmiş ABŞ gəmiləri başqa yerə üzüb

Aprel 19
09:45 2017
ABŞ prezidenti Donald Tramp-ın bəyanatına əsasən Şimali Koreya sahillərinə yollanmalı olan Amerikaya məxsus təyyarədaşıyan və onu müşayiət edən həmləçi qrup başqa istiqamətə gedib.
Ötən həftə Тrump Şimali Koreyaya hərbi gəmilər göndərdiyini elan edib.
Lakin indi ABŞ silahlı qüvvələrinin Sakit okean komandanlığı bəyan edib ki, başda Carl Vinson gəmisi olmaqla həmləçi qrup öncə avstraliyalı hərbçilər ilə birgə təlimləri başa çatdırmalıdır.
Yəni, Trump gəmilərin göndərilməsi barədə elanını verən zaman onlar Şimali Koreyadan Avstraliya doğru hərəkət ediblər. Bunun düşünülmüş yalan, planların dəyişməsi və ya anlaşılmazlıq olub-olmaması hələlik bəlli deyil.
KXDR və ABŞ-ın son günlər bir-birinin ünvanına bir sıra kəskin bəyanatlar veriblər. Şimali Koreya xəbərdarlıq edib ki, ABŞ tərəfdən mümkün zərbəyə nüvə zərbəsilə cavab verəcək. ABŞ prezidenti Donald Trump da öz tərəfindən KXDR "problemini həll edəcəyinə" söz verib.
Şimali Koreya yeni raket sınaqları keçirmək niyyətindədir
Şimali Koreya "nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırdır"
Martın əvvəllərində KXDR dörd ballistik raket buraxaraq, bunu ABŞ-ın Yaponiyadakı hava bazasına zərbələrin sınağı adlandırıb. Hadisə beynəlxalq ictimaiyyətin qınağına səbəb olub, ABŞ və Yaponiya BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb ediblər.
Həmin raketlərdən üçü Yaponiyanın müstəsna iqtisadi zonasında dənizə düşüb. Donald Trump bildirib ki, bölgədə "yeni səviyyədə təhlükə" yaranıb.
KXDR lideri Kim Jong-un həmçinin bildirib ki, ölkə qitələrarası ballistik raketi də sınaqdan çıxaracaq, ekspertlər bunu ABŞ üçün potensial təhlükə hesab edirlər (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook