SON XƏBƏR

Şimali Koreyadan tarixi qərar: nüvə və ballistik raket sınaqları dayandırılır

Aprel 21
10:46 2018
Şimali Koreya lideri Kim Çen In bütün raket sınaqlarını dayandırdığını və nüvə sınaq sahəsini bağlayacağını açıqlayıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Şimali Koreya mediası "Şimali Koreya 21 apreldən etibarən nüvə və qitələrarası raket sınaqlarını dayandıracaq" açıqlamasını yayımlayıb. Kim Çen In bildirib ki, sınaqlar artıq əhəmiyyətsizdir, çünki Pxençan nüvə potensialını artıq sübut edib və bundan sonra bölgədəki gərginliyin azaldılması üçün çalışacaqlar. Qərara münasibət bildirən ABŞ prezidenti Donald Tramp bu məlumatı Şimali Koreya və dünya üçün çox gözəl xəbər adlandırıb və iki ölkə arasında keçiriləcək sammiti gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya lideri aprelin 27-si Cənubi Koreya prezidenti ilə görüşəcək. İyun ayında isə Tramp və Kim Çen Inin bir araya gəlməsi planlaşdırılır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook