SON XƏBƏR

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə hədələyib

Avqust 23
00:12 2017
"Şimali Koreya Quama zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərini sona çatdırıb və ABŞ özünü ağıllı aparmasa, zərbə endiriləcək”. APA-nın xəbərinə görə, bunu Şimali Koreyanın Rusiyadakı müvəqqəti işlər müvəkkili Zin Çjon Xep deyib.

"Bunu etməyəcəkləri təqdirdə onlar dünya ictimaiyyəti qarşısında Koreya yarımadasında növbəti dəfə rüsvay olacaqlar”, - deyə o bildirib. 

Xatırladaq ki, Şimali Koreya bundan əvvəl Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyini bəyan etmişdi. Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus "Andersen” aviabazası və "Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.

ABŞ prezidenti Donald Tramp, öz növbəsində, ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook