SON XƏBƏR

Şimali Koreya XİN rəhbəri Trampın çıxışını "itin hürməsi" adlandırıb

Sentyabr 21
12:12 2017
BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlmiş Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo assambleyada Amerika prezidenti Donald
Trampın çıxışını "itin hürməsi" adlandırıb. Trend-in məlumatına görə, onun bu fikirlərini yerli "Yonxap" agentliyi səsləndirib.
 
Şimali Koreya XİN rəhbəri deyib: "Əgər o düşünürsə ki, itin hürməsi bizi qorxudacaq, həqiqətən bu, it fantaziyasıdır". Agentlik nazirin bu ifadə ilə "İt hürər, karvan keçər" məsələni nəzərdə tutduğunu qeyd edib.
 
Qeyd olunur ki, Koreya dilində "it fantaziyası" isə absurd, mənasız, əbəs kimi başa düşülür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook