SON XƏBƏR

Şimali Koreya növbəti hidrogen bombası sınağına hazırlaşır

Sentyabr 23
00:09 2017
Şimali Koreya növbəti hidrogen bombası sınağını həyata keçirə bilər.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho "Şimali Koreya lideri Kim Çen İn "ABŞ-a qarşı tarixdəki ən böyük addım" dedikdə nəyi nəzərdə tutur?" sualına "Sakit okeanda böyük hidrogen bombası sınağı həyata keçirə bilərik" cavabını verib.
 
Qeyd edək ki, ABŞ prezident Donald Tramp isə Şimali Koreyaya qarşı yeni sanksiyaların qəbul ediləcəyini açıqlayıb. O həmçinin bildirib ki, Çin Mərkəzi Bankı Şimali Koreya ilə ticarət əlaqəsini kəsəcək.
 
Digər tərəfdən isə Cənubi Koreya Şimali Koreyaya qarşı müsbət addım barədə qərar verib. Şimalın ballistik və nüvə sınaqlarından sonra sərt açıqlamalarla diqqət çəkən Cənubi Koreya bu ölkəyə 8 milyon dollar məbləğində humanitar yardım edəcək. Yardım humanitar təşkilatlar vasitəsilə Şimali Koreyada hamilə qadın və yeni doğulmuş körpələrə kömək məqsədilə veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook