SON XƏBƏR

"Şimali İrlandiya ilə oyun çox önəmlidir" - Prosineçki

İyun 06
17:39 2017
"Bütün diqqətimizi Şimali İrlandiya ilə oyuna yönəltmişik. Bu, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün vacib matçdır. Bizim üçün həlledici şanslardan biridir".
 
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığması ilə oyun öncəsi "Belfast Telegraph"a açıqlamasında deyib.
 
O, matça çox ciddi hazırlaşdıqlarını söyləyib: "Avstriya toplanışı bizə çox kömək olacaq. Şimali İrlandiya ilə oyun çox önəmlidir".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook