SON XƏBƏR

Şimali İraqda son vəziyyət: Ölkə parçalanır, ordu Kərkükə girir

Sentyabr 26
00:00 2017
Bütün dünyanın diqqəti Şimali İraqa yönəlib. Dünya ictmaiyyətinin xəbərdarlıqlarına baxmayaraq, İraq konsitutsiyasına zidd olan müstəqillik referendumu keçirən Şimali İraq Kürdüstan Muxtariyyəti səsvermə prosesini davam etdirir.

"Qaynarinfo" xəbər verir ki, referenduma qarşı olan dövlətlər bölgə rəhbərliyinə qarşı sərt addımlar atmağa başlayıb. İraq hökuməti artıq Kərkükə hərbi birləşmələr yerləşdirməklə bağlı qərar verib. Bununla bağlı yayılan rəsmi açıqlamada "Parlament Kərkük və mübahisəli digər bölgələrdə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hökumətin bölgəyə hərbi birləşdirmələr yerləşdirməsini qərara alıb" deyilir.

Rəsmi Bağdad həmçinin Şimali İraq Kürdüstan Muxtariyyətinin nəzarətindəki sərhəd məntəqələrinin bağlanması və Kərkük neftinin mərkəzi hökumətin tabeçiliyinə verilməsi, referendumda səs verən məmurların işdən çıxarılması barədə qərar çıxardıb. 
Günün ikinci yarısında isə Məsud Bərzani və yaxınlarının bank hesabları nəzarətə götürülüb. Bu barədə İraq dövlət televiziyasının yaydığı məlumatda bildirilir ki, "Hökumət məhkəmə və prokurorluq orqanlarına Şimali İraq Kürdüstan Muxtariyyəti və bəzi kürd rəsmilərinin neft gəlirlərinin yer aldığı bank hesablarını təqib etməyi tapşırıb".

İraq prezidentinin köməkçisi Nuri Maliki çıxışında İsraili ittiham edib: "Referendumun İraq ərazilərində vəKürdüstan bölgəsində təhlükəli təsirləri olacaq. Bütün tərəflərin qanuni hökumü olmadığna qərar verdiyi bu referendum İraq xalqının birliyinə müharibə elan etməkdir. Ərəb, kür və digər xalqların nümayəndələri İsrailin bu ayrılıq layihəsinə qarşı mübarizə aparmalıdır. Hökumət, Kərkük və digər mübahisəli bölgələrdəki ərəb, yezidi və digər xalqların nümayəndələrinin təhlükəsizliyi təmin edilməlidir".
 
İlk gündən referenduma qarşı olan İran sanksiyaları sərtləşdirib. Rəsmi Tehran dünən hava sahəsini Şimali İraq üçün bağlamış, İrandan Süleymaniyyə və Ərbil şəhərlərinə, eyni zamanda hava sahəsindən Şimali İraq Kürdüstan Muxtariyyətinə doğru bütün uçuşları dayandırmışdı. Bu isə İran Şimali İraqla quru sərhədlərini də bağlayıb. Rəsmi Tehranın yaxın günlərdə daha sərt addımlar atması gözlənilir.

İllərdir vətəndaş müharibəsinə səhnə olan Suriya da Şimali İraq Kürdüstan Muxtariyyətinin keçirdiyi referendumla bağlı səssizliyini pozub. Ölkənin xarici işlər naziri Valid Muallim açıqlamasında "Biz sadəcə birləşmiş bir İraqı tanıyırıq. İraqın bölünməsinə səbəb olacaq hər hansı prosesi rədd edirik".
Şimali İraqla sərhəd-keçid məntəqələrini bağlamaq və Bərzanidən neft almağı dayandırmaqla bağlı qərar verən Türkiyə daha bir addım atıb. Türkiyə Radi və Televiziya Qurumu (RTÜK) Şimali İraqda yerləşən və Bərzaninin nəzarətində olan "Rudaw" televiziyasının "Türksat" peykindən çıxarılmasına qərar verib.

Şimali İraq Kürdüstan Muxtariyyətinin baş naziri Nerçivan Bərzani isə canlı yayımda çıxış edərək Türkiyəni narahat olmamağa çağırıb: "Referendum əsla 26 sentyabrda müstəqilliyimizi elan edəcəyimiz anlamına gəlmir, Türkiyə üçün təhdid deyil. Türkiyənin bizi anlamasını gözləyirik. Referendum sərhədləri müəyyənləşdirmək üçün deyil. Qonşu ölkələrə, bölgə üçün inkişafın bir tərəfi olduğumuzu göstərdik".
Bu arada artıq Kərkükdə gecə küçəyə çıxmaq qadağan edilib.

Qeyd edək ki, artıq Kərkükdə ilk toqquşma baş verib. Yerli mənbələrin məlumatına görə, Kərkükün türkmənlər yaşayan Tuzhurmatu rayonunda peşmərgə qüvvələri ilə türkmən silahlıları arasındakı atışmada 2 nəfər həlak olub, yaralılar var. Bəzi mənbələr isə atışmanın peşmərgə və İranın dəstəklədiyi şiə milislər - "Haşdi Şabi" qurupu arasında baş verdiyini bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook