SON XƏBƏR

Silahlı müqavimət göstərən sərhəd pozucusu öldürüldü - Qusar rayonu ərazisində

İyun 06
00:37 2018
İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu – 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd "Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook