Şikayətlər əsasında 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Yanvar 21
12:17
2020
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) indiyə qədər dairə seçki komissiyalarının (DSK) qərarını ləğv edərək deputatlığa namizədliyini qeydə aldığı şəxslərin sayı məlum olub.
APA-nın məlumatına görə, MSK ötən dövr ərzində DSK-ların 8 qərarını ləğv edib və 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.